Bazar, 19 May

"Sərhəddəki təlimlər heç bir qonşuya qarşı yönəlməyib" - İran geri addım atdı

image

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın Qərbi Azərbaycan vilayətindəki Arza çayı vadisində  keçirdiyi hərbi təlimlər Cənubi Qafqazdakı qonşu ölkələrə qarşı yönəlməyib.

Xəbər verilir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani həftəlik mətbuat konfransında bildirib.

"Silahlı qüvvələrimizin bölgədəki təlimləri Cənubi Qafqazda heç bir qonşu dövlətə qarşı yönəlməyib... İranın hərbi təlimləri ilə bağlı mesaj almalı olanlar artıq bunu alıblar və yenidən alacaqlar", - Kənani deyib.

Xatırladaq ki, oktyabrın 17-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Araz çayı ərazisində quru qoşunlarının hərbi təlimlərinə başlayıb. Manevrlər bir neçə gün davam edib. Təlimlər zamanı qoşunlar helikopter əməliyyatları, gecə hücum əməliyyatı, kamikadze PUA-dan istifadə əməliyyatı, həmçinin Araz çayı üzərindən körpünün tikintisi, rabitə xətlərinin ələ keçirilməsi və nəzarət altına alınması əməliyyatını həyata keçirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41